"LANDAU Lions" klubu baş məşqçi Erhan Tokerlə müqavilə müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, türkiyəli mütəxəssis daha bir mövsüm "şirlər"i çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, 2024-cü ildən burada çalışır.
"LANDAU Lions" E. Tokerin dövründə ilk dəfə FIBA Avropa Kubokunun qrup mərhələsinə yüksəlib.
Onlar cari mövsüm FIBA Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparacaq.


