“Sabah” Basketbol Klubu yeni transferini rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" amerikalı hücumçu Çarlz Manninq (Charles Manning Jr.) ilə müqavilə imzalayıb.
1998-ci il təvəllüdlü, 196 sm boya malik basketbolçu karyerası ərzində Serbiya ("Metalats", FMP), Almaniya ("Oldenburq"), İtaliya ("Napoli Basket"), Rusiya ("Avtodor Saratov") və Türkiyənin ("Karşıyaka") klublarında çıxış edib.
Təcrübəli oyunçu ötən mövsüm "Karşıyaka"nın heyətində Türkiyə Super Liqasında 30 oyuna çıxaraq orta hesabla 13.6 xal, 3.1 ribaund və 2.9 asist göstəriciləri ilə yaddaqalıb.
O, həmçinin "Oldenburq"un heyətində Çempionlar Liqasında da çıxış edib.


