Misli Premyer Liqasında yeni mövsüm ötən gün start götürüb.

Offsideplus.az xəbər verir ki, bu gün isə iki oyun baş tutacaq.

Günün ilk oyununda "Araz-Naxçıvan" "İmişli"ni qəbul edəcək.

Görüş Qəbələ şəhər stadionunda baş tutacaq. Naxçıvan təmsilçisi cari mövsüm ev oyunlarını burada keçirəcək.

Qeyd edək ki, çempionatın açılış oyununda "Turan Tovuz" "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.

MPL, I tur

15 avqust (şənbə)

18:30 “Araz-Naxçıvan” – “İmişli”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev

VAR: Nicat İsmayıllı

AVAR: Tərlan Talıbzadə

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu,