İspaniya millisinin və "Barselona"nın gənc cinah oyunçusu Lamin Yamal 19 yaşını qeyri-adi şəkildə qeyd edib.

Offsideplus.az xəbər verir ki, futbolçu ad gününü bu həftə təşkil etdiyi "Pink Party" adlı tədbirlə dostları və yaxınları ilə birlikdə keçirib. Tədbirdə "Barselona"nın oyunçuları Frenki de Yonq, Qavi və Fermin də iştirak ediblər. Laminin sevgilisi İnes Qarsiya parlaq çəhrayı qısa paltarda, Yamal isə eyni rəngdə polo köynəkdə məclisə qatılıb. Gecəyə İspaniyanın tanınmış musiqiçiləri və incəsənət nümayəndələri də dəvət olunub.