UFC 330 turniri Filadelfiyada keçiriləcək. 

Offsideplus.az xəbər verir ki, gecənin əsas qarşılaşmasında İslam Maxaçev İan Maçado Gerri ilə üz-üzə gələcək.

Maxaçev bu döyüşdə UFC-nin iki fərqli çəki dərəcəsində kəmərini qazanan/müdafiə edən azsaylı çempionlardan birinə çevrilmək üçün oktaqona çıxacaq. Hazırda Maxaçevin aktivində ardıcıl 16 qələbəlik seriya var. Gerri isə UFC-də 10 qələbə və 1 məğlubiyyətlə çıxış edir.

Gecənin ikinci əsas döyüşündə (co-main event) UFC çempionu Makkenzi Dern ilk dəfə titulunu Cillian Robertson qarşısında qorumağa çalışacaq. Dern son üç döyüşünü qələbə ilə başa vurub, Robertson isə ardıcıl beş qələbəlik seriyası ilə diqqət çəkir.

Gecənin əsas kartında həmçinin Ceylin Törner – Kaue Fernandes, Mansur Əbdül-Malik – Dastin Stoltzfus və Edson Barboza – Esteban Riboviç qarşılaşmaları yer alacaq.

Turnirin ilkin döyüşlərində (prelims) Çidi Ncoquani – Coel Alvares, Çarls Conson – Eduardo Çapolin (130 funtluq xüsusi çəki dərəcəsində), Donte Conson – Erik Makkoniko və Visente Luke – Tresean Qor üz-üzə gələcəklər.

Erkən döyüşlərdə (early prelims) isə Rafael Tobias – Lukas Fernando, Nil Maqni – Ramiz Brahimay və Mıktıbek Orolbay – Ceremaya Uells qəfəsə çıxacaqlar.