Fransalı hücumçu Kilian Mbappe "Real Madrid"də Joze Mourinyonun rəhbərliyi altında ilk təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, Mbappe belə deyib: "Düşünürəm, Mourinyo kimi baş məşqçiyə sahib olmaq çox yaxşıdır. O, necə qalib gəlməyi və komandaya qələbə yolunu göstərməyi yaxşı bilir. Hər bir oyunçu komandanın hara getdiyini anlayan məşqçi ilə işləməkdən məmnundur. Bu, bizim üçün çox pozitivdir. Qalib gəlməliyik. Əminəm ki, bu il kuboklar qazanacağıq. Biz də bunu istəyirik və bu baş verəcək. Hiss edirəm ki, komanda çox motivasiyalıdır. Mövsüm boyunca tam diqqətli olacağıq ki, azarkeşləri sevindirək. Mənim üçün bura keçmək bir arzu idi, hər gün burada olmaq da bir arzuya çevrilib. Amma indi qalib gəlmək lazımdır. Böyük klubda oynamaq olar, amma kuboklar qazanmaq vacibdir. Bu il bunu edəcəyik".