Niderlandlı hücumçu Kodi Qakpo "Tottenhem"lə şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Offsideplus.az xəbər verir ki, London klubu artıq transfer üçün işləri sürətləndirib və "Liverpul"la əlaqə saxlayıb. Lakin hələlik rəsmi təklif göndərilməyib.
"Tottenhem"in baş məşqçisi Roberto De Zerbi Qakpo ilə işləmək istədiyini bildirib. O, həmçinin "Mançester Siti"dən Savinyonun transferindən asılı olmayaraq Qakponun komandaya qoşulmasını arzulayır.
Tərəflər yaxın vaxtda razılığa gələcəklərinə ümid edirlər. Qakponun "Liverpul"la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.


