Mikel Arteta "Arsenal" ilə müqaviləsinin uzadılması məsələsinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, London klubunun baş məşqçisi gələcəkdə də komandada qalmaq istədiyini vurğulayıb. "Bu barədə narahat olmağa dəyməz, çünki burada qalmaq istəyirəm. Burada işləmək imkanına görə son dərəcə xoşbəxt və minnətdaram. Münasib vaxtda bu məsələni həll edəcəyik. Hamı əmindir ki, müqavilənin uzadılması ilə bağlı problem olmayacaq, çünki burada qalmaq istəyirəm və xoşbəxtəm. Hiss edirəm ki, klub da mənim fikirlərimi bölüşür. Ona görə də hər şey təbii şəkildə gedir", – deyə Arteta bildirib.