İspaniya və Portuqaliya mətbuatında yayılan xəbərlərə görə, yenicə ailə quran dünya şöhrətli futbolçu Kriştiano Ronaldo və onun uzunmüddətli tərəfdaşı Ciorcina Rodriqesin nikah şərtləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, sənədlərə əsasən, cütlük rəsmi nikaha daxil olarkən "əmlakın ayrılığı" rejimini seçib ki, bu da mümkün boşanma halında servətin yarıya bölünməsi ehtimalını tamamilə aradan qaldırır.
Lissabondakı notariat kontorunda imzalandığı bildirilən müqavilənin əsas detalları və tərəflərin öhdəlikləri aşağıdakı kimidir:
-
Servətin fərdi qorunması: Hər iki tərəf evlilikdən əvvəl və evlilik dövründə öz adına əldə etdiyi mülkləri fərdi aktiv kimi saxlayır. Ciorcina Rodriqes evlənmədən öncə bu maddəni qəbul edərək imzaladığı üçün Ronaldonun milyardlarla avroluq şəxsi sərvəti üzərində iddia irəli sürə bilməyəcək.
-
Ömürlük aylıq təminat:
Ayrılıq baş verəcəyi təqdirdə, Ciorcinanın və uşaqların maddi rifahını təmin etmək məqsədilə Ronaldonun ona ömürlük olaraq aylıq təxminən 100.000 avro ödəniş edəcəyi bəndi sənəddə yer alır. -
Madriddəki malikanə: Müqaviləyə əsasən, mümkün ayrılıq zamanı Ronaldonun Madriddəki dəbdəbəli La Finca bölgəsində yerləşən 5.8 milyon avroluq malikanəsi də Ciorcinanın mülkiyyətinə keçəcək.
-
Uşaqların statusu:
Ciorcina ailədəki bütün övladların hüquqi anası kimi tanındığından, bu maliyyə və əmlak təminatı bütün ailə modelini əhatə edəcək şəkildə tənzimlənib.


