Almaniyalı müdafiəçi Dennis Şröder karyerasında növbəti dəfə klubunu dəyişib.

Offsideplus.az xəbər verir ki, "Klivlend Kavalers" 32 yaşlı oyunçunu "Şarlott Hornets"ə göndərib. Əvəzində isə "Kavalers" Tre Mannı heyətinə qatıb.

Bu transferlə Şröder NBA-də 12-ci klubunda çıxış edəcək. Son 20 ayda isə bu, onun altıncı komandası olacaq. O, indiyədək doqquz dəfə transfer olunub və 15-ci baş məşqçi ilə işləyəcək.

Şröder bu mövsüm "Kavalers"də 30 qarşılaşmada orta hesabla 8,2 xal və 4,3 assistlə yadda qalıb. Lakin pley-off mərhələsində onun göstəriciləri aşağı düşüb.

Bu dəyişiklik "Hornets"ə təcrübəli arxa xətt oyunçusu qazandırır. "Kavalers" isə Mannın gəlişi ilə lüks vergisi limitində əlavə yer əldə edib. Qeyd edək ki, "Kavalers" Şərq Konfransının finalında "Nyu-York Niks"ə uduzduqdan sonra heyətində dəyişiklikləri davam etdirir.