ESPN jurnalisti Martin Arevalo bildirib ki, Xulian Alvaresin "Barselona"ya keçmək istəyi barədə ictimaiyyətə açıqlama verməsi məhz "Atletiko"nun təşəbbüsü ilə baş tutub.
Offsideplus.az xəbər verir ki, Arevalonun sözlərinə görə, futbolçu artıq klub rəhbərliyi ilə bu barədə şəxsi söhbət aparıb. Lakin "Atletiko" rəhbərliyi Alvaresə bildirib ki, transfer istəyi barədə açıq şəkildə danışsın ki, ictimaiyyət bunun klubun yox, oyunçunun qərarı olduğunu bilsin. Klubun bu açıqlamalardan narazı qaldığı vurğulanıb. Hazırda vəziyyətin olduqca gərgin olduğu, Alvaresin komandada qalmaq istəmədiyi qeyd edilib.
Baş məşqçi Dieqo Simeone isə Alvaresi dünyanın ən yaxşı beş futbolçusundan biri hesab etdiyini və onu komandada saxlamaq istədiyini bildirib. Lakin Simeone futbolçunun ayrılmaq istədiyini də anlayır. "Atletiko" yalnız transfer məbləği ödənilərsə Alvaresi buraxmağa razıdır və bu məbləğ bazar qiymətindən beş dəfə yüksəkdir. Bu səbəbdən oyunçu üçün vəziyyət olduqca çətinləşib.
Arevalo əlavə edib ki, Simeone qərara qarışmaq istəmir və artıq futbolçunun mövqeyini bilir. Son sözü isə klubun sahibi deyəcək. Alvaresin hazırda komandada qalmaq istəmədiyi və özünü narahat hiss etdiyi qeyd olunub.
Qeyd edək ki, Xulian Alvares "Atletiko" ilə məşqləri bərpa edib.


