Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Offsideplus.az xəbər verir ki, Əliyar Ağayev Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Rakuv” (Polşa) və “Hayduk” (Xorvatiya) komandaları arasındakı oyunu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcək. Kamal Umudlu dördüncü hakim, Piter Benks (İngiltərə) və İnqilab Məmmədov isə VAR hakimləri olacaq.

“Rakuv” – “Hayduk” görüşü avqustun 27-də keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, “Rakuv”un formasını Azərbaycan millisinin hücumçusu Mahir Emreli geyinir.