Misli Premyer Liqasının 1-ci turunda “Qəbələ” “Turan Tovuz”a məğlub oldu - 1:0.
Offsideplus.az xəbər verir ki, oyunsonrası mətbuat konransında qonaqların çalışdırıcısı Kaxaber Sxadadze media önünə çıxıb.
"Mövsümün başlaması münasibətilə hər kəsi təbrik edirəm. Avrokuboklarda mübarizə aparan “Sabah”la “Qarabağ”a uğurlar arzulayıram. Oyun baxımından yaxşı mübarizə getdi. İlk hissədə səhvə yol verdik və rəqib fərqləndi. Qoldan sonra “Turan Tovuz”un təhlükəli epizodları olmadı. Son zərbələrdə soyuqqanlılıq çatmırdı. Biz bu heyətlə ilk oyunumuzu keçirirdik. Yoldaşlıq oyunlarında fərqli heyətlə mübarizə aparırdıq. Komandada potensial gördüm. Növbəti oyunlarda daha yaxşı nəticələr görə bilərik. Azarkeşlərimizə təşəkkür edirəm".


