"Minnesota Timberwolves"un ulduz mərkəz oyunçusu Rudi Qober komandanın Parisdə olduğu müddətdə bütün xərcləri öz üzərinə götürüb.
Offsideplus.az xəbər verir ki, təcrübəli basketbolçu həmçinin komanda üçün birgə məşqlər və kollektiv tədbirlər təşkil edib. Qober bu səfərin uğurlu keçməsi üçün hər bir detalı diqqətdə saxlayıb. O, daha əvvəl sosial şəbəkələrdə Paris səfərinin yekunlarını əks etdirən video da paylaşıb.


