Maykl Porter bildirib ki, qazandığı NBA çempionluq üzüyü onun üçün xüsusi əhəmiyyət kəsb etmir və lazım gəlsə, onu satmağa hazırdır.
Offsideplus.az xəbər verir ki, "Bruklin Nets"in forvardı 2022/2023 mövsümündə "Denver Nuggest"lə əldə etdiyi çempionluq üzüyü barədə fikirlərini bölüşüb. "Mən çempionluq üzüyümü elə də böyük məbləğə satmaram. O, mənim üçün heç nə ifadə etmir. Artıq çempion tituluna sahibəm. Üzüyün özünə ehtiyacım yoxdur. Bu, uşaq vaxtı qazandığın kuboklar kimidir – bir müddət sonra artıq lazım olmur. Hamı bilir ki, məndə belə bir üzük var. Onun maddi dəyəri mənim üçün önəmli deyil. Əgər maddi sıxıntı yaşasam, bu bəzək əşyasını sataram", – deyə Porter vurğulayıb.


