Polşa çempionu "Lex Poznan" UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda səfərdə Farer adalarının "KI Klaksvik" klubunu 5:0 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb.
Offsideplus.az xəbər verir ki, ilk matçda da 1:0 hesabı ilə qalib gələn Poznan təmsilçisi iki oyunun nəticəsinə görə (ümumi 6:0) rəqibini keçməyi bacarıb.
"Kolejorz" (Lex) indi Avropa Liqasının liqa mərhələsinə vəsiqə uğrunda həlledici pley-off oyununa çıxacaq.


