Basketbol üzrə U-16 Avropa çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, B divizionunda mübarizə aparan Azərbaycan U-16 millisi dünən turnirdə ilk qələbəsini qazanıb.
Onlar Bosniya və Herseqovinanı məğlub edib - 78:65.
Bugünkü rəqib isə Kipr seçməsidir. Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, qrup mərhələsinin hər iki oyununda məğlub olan yığmamız hazırda 5-7-ci yerlər uğrunda mübarizə aparır.


