Misli Premyer Liqasının son çempionu "Sabah" cari mövsümün ilk oyununda "Kəpəz"i qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "bayquşlar" çempionata da uğurlu start vermək istəyir.

Bir neçə mövsümdür sezona uğursuz başlayan "Kəpəz" bu dəfə bunu yaşamaq istəmir.

Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

MPL, I tur

15 avqust (şənbə)

20:45 “Sabah” – “Kəpəz”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev

VAR: Rauf Cabarov

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

“Bank Respublika Arena”