İstanbulun "Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk komandanın transfer planları barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Türkiyə çempionatının ilk turunda "Qalatasaray" öz meydanında liqanın debütantı "Çorum"la 2:2 hesablı heç-heçə edib. Okan Buruk bildirib ki, komanda hücum xəttində ciddi çatışmazlıq hiss edir: "Bizə təcili olaraq on nömrə mövqeyində oynayan futbolçu, hücumçu və cinah oyunçusu lazımdır. Bu transferləri reallaşdırdıqdan sonra daha optimist olacağıq. Ümid edirik ki, bu, bir həftə ərzində baş tutacaq. Digər mövqeləri də nəzərdən keçirə bilərik. Bu, prosesin yalnız başlanğıcıdır. Transferlər daim dəyişən bir sahədir, heyətdə başqa dəyişikliklər də mümkündür".
Məlumata görə, "Lokomotiv"in hücumameyilli yarımmüdafiəçisi Aleksey Batrakovun 25 milyon avro qarşılığında "Qalatasaray"a keçidi gündəmdədir.


