Basketbolun ən nüfuzlu mükafatlarından biri olan Şöhrət Zalına qəbul mərasimi öncəsi xüsusi gala gecəsi təşkil edilib. Tədbirdə 2026-cı il sinfinin üzvlərinə ənənəvi narıncı pencəklər təqdim olunub.
Offsideplus.az xəbər verir ki, bu il Şöhrət Zalına daxil olanlar arasında "Boston Seltiks"in sabiq baş məşqçisi, 2008-ci ildə NBA çempionu olmuş Dok Rivers və iki dəfə NBA-də ilin məşqçisi seçilmiş, hücumda inqilabi "7 saniyə və ya daha az" sisteminin müəllifi Mayk D’Antoni da yer alıb. Həmçinin, altı dəfə NBA Ulduzlar oyununda iştirak etmiş Amare Stoudemire, qadın basketbolunun ulduzları Kendis Parker, Elena Delle Donne, Çamik Holdsclaw, uzun illər "Gonzaga Bulldogs" universitet komandasına rəhbərlik etmiş Mark Few, 39 mövsüm NBA-də hakimlik etmiş Co Krouford və 1996-cı il qadınlar üzrə ABŞ Olimpiya yığması da bu siyahıya daxil edilib.


