Almaniyalı oyunçu Dennis Şröderin "Klivlend Kavalers"dən "Şarlot Hornets"ə keçidinin detalları məlum olub.

Offsideplus.az xəbər verir ki, "Klivlend" bu keçid çərçivəsində "Şarlot"a təxminən 4 milyon dollar məbləğində maliyyə kompensasiyası ödəyib.

Klub rəhbərliyi bu transferdə draft hüquqlarından imtina etməmək üçün məhz pul ödəməyə üstünlük verib.

Şröderin əvəzində "Kavalers" Tre Mannı heyətinə qatıb. Bu transfer nəticəsində "Klivlend" maaş büdcəsində əlavə yer açıb və bu, komandanın maraq dairəsində olan Peyton Uotson və Conatan Kuminga kimi oyunçuları heyətə cəlb etməsinə imkan verə bilər.

Qeyd edək ki, "Şarlot" Şröderin NBA karyerasında 13 il ərzində çıxış edəcəyi 12-ci klub olacaq.