Bu gün Misli Premyer Liqasının 1-ci turunun növbəti oyunları keçiriləcək. “Bank Respublika Arena”da baş tutacaq oyunda “Kəpəz” son çempion “Sabah”ın qonağı olacaq.
Görüş öncəsi Gəncə təmsilçisində vəziyyət nə yerdədir? Klubun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov Offsideplus.az-ın sorğusunu cavablayıb.
O, Rəhman Hacıyevin bu görüşdə iştirak etməyəcəyini bildirib. Ondan başqa bölgə klubunda heç bir itki yoxdur.
Qeyd edək ki, qarşılaşma bu axşam 20:45-də start götürəcək.


