PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Superkuboku qarşılaşmasından əvvəl açıqlama verib.

Offsideplus.az xəbər verir ki, o, komandasının heyəti və qarşıdakı oyun barədə fikirlərini bölüşüb: "Biz həmişə layihəmizə və oyun üslubumuza ən uyğun futbolçuları axtarırıq. Sabah mövsümün ən çətin oyunlarından biri bizi gözləyir. "Lans"a qarşı səfərdə, inanılmaz stadionda çox vacib bir kubok uğrunda mübarizə aparacağıq. Orada yaxşı futbol göstərməyin nə qədər çətin olduğunu bilirik. Üstəlik, mövsümün bu dövrü xüsusi xarakter daşıyır, çünki hazırlığımız optimal olmayıb".

Heyətdə ciddi dəyişikliklərin olub-olmayacağı ilə bağlı suala isə Enrike belə cavab verib: "Rəqibə heyətimiz barədə ipucu verməyimi istəyirsiniz? Rotasiya olacaq, ya yox, bilmirəm. Kimlərin oynayacağını anlamaq üçün yəqin ki, həyat yoldaşımla məsləhətləşməliyəm".