NBA-nın ulduz oyunçusu Luka Donçiçin keçmiş nişanlısı Anamariya Qoltes tərəfindən qaldırılan aliment iddiası Kaliforniya məhkəməsi tərəfindən rəsmən rədd edilib.
Offsideplus.az xəbər verir ki, Los-Anceles dairə məhkəməsində keçirilən iclasda hər iki tərəfin vəkilləri məsafədən iştirak ediblər. Qoltesin iddiası rəsmən geri çəkilib və hakim Melisa Layons bu qərarı təsdiqləyib. Qoltes gələcəkdə hüquqi tələblər yerinə yetirildiyi halda yenidən məhkəməyə müraciət edə biləcək. Donçiçin nümayəndəsi isə bildirib ki, bu iş ümumiyyətlə Kaliforniyada baxılmamalı idi və qarşı tərəfi vaxt itkisində günahlandırıb. Hazırda tərəflər arasındakı mübahisə başa çatmayıb və proses Sloveniya məhkəmələrində davam edəcək. Qoltes Sloveniya məhkəməsinə 50 milyon dollar məbləğində yeni aliment iddiası təqdim edib.


