'Real Madrid' klubu fransalı mərkəz Olivye Sarr ilə iki illik müqavilə imzaladığını açıqlayıb. 2,08 metr boyunda olan, 27 yaşlı basketbolçu 2027/28 mövsümünün sonuna qədər Madrid təmsilçisinin formasını geyinəcək.

Offsideplus.az xəbər verir ki, Sarr İspaniyaya 'Klivlend Kavalers'dən transfer olunub. O, komandanın zədəli Usman Qarubanın yoxluğunda əlavə boy, çeviklik, çempionluq təcrübəsi və üçxallıq atışlarda dəqiqlik gətirəcək. Olivye Sarr 2021-ci ildə NBA dreftində seçilməsə də, sonradan 'Oklahoma Siti Tander' və 'Klivlend Kavalers'də çıxış edib. NBA-də keçirdiyi 50 oyunda orta hesabla 4,7 xal və 3,4 ribaund toplayıb, üçxallıq atışlarda 39,1 faiz dəqiqlik nümayiş etdirib. G Liqada isə daim dubl-dabl potensialı ilə seçilib.

Qeyd edək ki, Olivye Sarrın qardaşı Aleks Sarr da bir müddət 'Real Madrid'in gənclər komandasında çıxış edib.