ÇSKA (Moskva) və "Rostov" klublarının sabiq hücumçusu Dmitri Kiriçenko "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyevin Rusiya Premyer Liqasına mümkün qayıdışı barədə danışıb.
Offsideplus.az xəbər verir ki, o, təcrübəli mütəxəssisin işini yüksək qiymətləndirib:
"Berdiyevin RPL-ə qayıtmasını tamamilə mümkün hesab edirəm. Bildiyim qədərilə, onun təklifləri var idi. O, Azərbaycanda "Turan Tovuz"la avrokuboklara vəsiqə qazandı, lakin təəssüf ki, klub 8 il əvvəlki məsələyə görə diskvalifikasiya olundu. Təcrübəli mütəxəssis həmişə olduğu kimi keyfiyyətli iş ortaya qoyur. "Qarabağ", "Neftçi" və "Sabah"ın olduğu liqada 3-cü yeri tutmaq çox ciddi nailiyyətdir. Mənə qazandırdığı hər şeyə görə ona minnətdaram. O, keyfiyyətli məşqçi işinin etalonudur".
Qeyd edək ki, K. Berdiyevin "Turan Tovuz"la 2028-ci ilin yayına qədər müqaviləsi var.


