"Fənərbaxça"nın hücumçusu Sidiki Şerik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "İpsviç" gənc futbolçunu transfer etmək niyyətindədir.
Premyer Liqaya yüksələn klub Şerif üçün 20 milyon avroluq təklif göndərib. İstanbul nəhəngi isə 19 yaşlı forvard üçün 25 milyon avro tələb edir.
Şerik meydana çıxdığı 17 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


