"Sumqayıt" növbəti transferini edib.

Offsideplus.az xəbər verir ki, 2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu keçidini reallaşdırıb.

Son klubu Portuqaliyanın “Şaves” kollektivi olan cinah müdafiəçisi Tiaqo Almeyda ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 24 yaşlı portuqaliyalı futbolçu “21” nömrəli formada çıxış edəcək.