Ektor Fortun mümkün transferi ilə bağlı şərtlər bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Barselona"nın müdafiəçisi ilə ən ciddi maraqlanan klub "Borussiya Dortmund"dur. Kataloniya təmsilçisi futbolçunu 15-20 milyon avroya qiymətləndirir. Lakin klub transfer məbləğini azaltmağa hazırdır, əgər gələcəkdə oyunçunun satışından müəyyən faiz əldə etmək və ya geri alma hüququna sahib olmaq şərti ilə razılıq əldə olunsa.
Qeyd olunur ki, Ektor Fort baş məşqçi Hans-Diter Flikin planlarında yer almır. O, ötən mövsümü icarə əsasında "Elçe"də keçirib və La Liqada 14 oyunda 2 qol vurub.


