İngiltərənin "Bornmut" klubunun 60 ilə yaxın komandaya xidmət edən əməkdaşla müqaviləni uzatmaması azarkeşlərin etirazına səbəb olub.

Offsideplus.az xəbər verir ki, "The Sun" nəşrinin məlumatına görə, sözügedən əməkdaşa yeni mövsümün başlamasına cəmi iki həftə qalmış müqavilənin uzadılmayacağı barədə elektron poçtla məlumat göndərilib. Məktub əməkdaşın adına göndərilməyib və "Təhlükəsizlik komandası" tərəfindən imzalanıb.

Məlumatın sosial şəbəkələrdə yayılmasından sonra azarkeşlər klubun qərarına etiraz ediblər. "Bornmut" isə açıqlama yayaraq əməkdaşlarla ünsiyyət formasının klub standartlarına uyğun olmadığını etiraf edib və hadisə ilə bağlı həmin şəxslə şəxsən əlaqə saxlayacağını bildirib.