"DH Volley" voleybol klubu yeni baş məşqçisini rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, komandanın sükanı arxasına beynəlxalq təcrübəyə malik braziliyalı mütəxəssis Durval De Santana Nunes gətirilib.

Təcrübəli çalışdırıcı karyerası ərzində iki dəfə FIVB Klublararası Dünya Çempionatında iştirak edib, həmçinin iki dəfə Braziliya Superliqasının qalibi olub.

Braziliya voleybol məktəbinin yetirməsi olan Nunes müxtəlif iddialı klublarda qazandığı zəngin təcrübə ilə tanınır.