"Əvvəla, qələbə münasibətilə “Sabah” ailəsini təbrik etmək istəyirəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının I turunda “Kəpəz”ə qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis 2:0 hesablı qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb:
"Vacib üç xal əldə etdik. Bildiyiniz kimi, biz son oyunlarda meydanda çox enerji qoymuşduq. Bugünkü rotasiyalı heyət barədə nəsə danışmaq, onları mühakimə etmək ədalətsizlik olardı. Onlar ilk dəfə idi ki, bir yerdə oynayırdılar.
Birinci hissədə çətinliklərimiz oldu. İkinci hissədə isə müəyyən dəyişikliklər etdik. İlk qol penaltidən olsa da, oyun ərzində bizim başqa fürsətlərimiz də vardı. Əsas odur ki, ikinci qolu da vurub vacib qələbə əldə etdik”.
Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Paytaxt təmsilçisinin heyətində Coy-Lens Mikels 72-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 90+1-ci dəqiqədə Xander Severina adını tabloya yazdırıb.


