PSJ növbəti transferini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, Paris klubu "Ayaks"ın 21 yaşlı cinah oyunçusu Mikki Marsel Godtsu heyətinə qatıb. Futbolçu ilə 2031-ci ilə qədər müqavilə imzalanıb.

Transferin məbləği 45 milyon avro təşkil edib. "Ayaks" əlavə olaraq 10 milyon avro bonus əldə edə bilər.

Ötən mövsüm Godts Niderland çempionatında 34 oyunda 17 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.