Üçüncü Petr Yan - Merab Dvalişvili döyüşü bizi gözləyir.
Offsideplus.az xəbər verir ki, bunu rusiyalı döyüşçü özü açıqlayıb:
"Növbəti rəqibim Merabdır. UFC mənimlə revanş döyüşü üçün ona söz verib".
Onların ilk döyüşü 3 il əvvəl baş tutub. O, döyüşdə Merab qələbə qazanıb.
Sonuncu qarşılaşma isə ötən ilin dekabrın 7-də olub. P. Yan rəqibini məğlub edərək bantam çəkidə kəmərin yeni sahibi olub.


