"Mançester Yunayted"in futbolçusu Patrik Dorqu zədələnib.

Offsideplus.az xəbər verir ki, danimarkalı müdafiəçi 10 həftə meydanlardan uzaq qalacaq.

O, budunun arxa əzələsindən zədələnib.

Bu barədə İngiltərə mediası məlumat yayıb.

P. Dorqu son iki oyunda ("Mançester Siti" və "Arsenal") fərqlənməyi bacarmışdı.

21 yaşlı futbolçu cari mövsüm 24 oyunda 3 qol vura bilib.