"Neftçi" Rza Cəfərovu "Qəbələ"yə icarəyə verib.
Offsideplus.az xəbər verir ki, o, cari mövsümün sonunadək "qırmızı-qaralar"da çıxış edəcək.
Bu barədə klubun mətbuat xidməti yayıb.
Bundan başqa, "Neftçi" Rzanın müqavilə müddətini uzadıb. Onun sözləşməsi 2028-ci ilin yayına kimi artırılıb.
Qeyd edək ki, 22 yaşlı qapıçı "flaqman"ın heyətində 63 oyunda qapını qoruyub.


