Castin Qeyci UFC24 tədbirinin əsas döyüşündə Peddi Pimbletti məğlub edərək yüngül çəkidə kəmərin müvəqqəti sahibi olub.

Offsideplus.az xəbər verir ki, təcrübəli idmançı döyüşdən sonra mətbuat konfransında açıqlamalar verib:

"Onu nokaut etməyi həqiqətən çox istəyirdim, amma ona dərs vermək də xoşuma gəldi. Döyüşdən əvvəl mənə demişdi ki, onun üzü eyni qalacaq, mənimkini isə tanınmaz hala salacaq. Döyüş bitən kimi ona dedim: "sifətinə bax dostum, heç də əvvəlki kimi görünmürsən".

Buna görə də, o, bundan bir dərs çıxaracaq. Bura gəldiyinizdə belə bir düşüncə tərzinə sahib ola bilməzsiniz. Bu dərsləri almalıısınız.

Yenə deyirəm, döyüşə girərkən onun zehniyyəti yaxşı deyildi. Bu işi bu şəkildə görə bilməzsiniz. Saxta özgüvən qorxunc bir şeydir, sizi hər zaman bitirər. Onda olan da tam olaraq bu idi".