UFC-nin 2026-cı il üzrə ilk böyük nömrəli turniri — UFC 324 — bu gecə ABŞ-ın Las Vegas şəhərində keçiriləcək. 

Offsideplus.az xəbər verir ki, Bakı vaxtilə səhər saat altıda əsas kartın döyüşləri başlayacaq.

Turnirin əsas döyüşündə interim yüngül çəki kəməri uğrunda qarşılaşma baş tutacaq. Təcrübəli döyüşçü Justin Gaethje ilə populyar britaniyalı Paddy Pimblett oktaqona çıxacaq.