“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haalandın gələcəyi ilə bağlı diqqətçəkən məlumat yayılıb.
Offsideplus.az xəbər verir ki, futbolçunun yaxın çevrəsinin yaydığı məlumata görə, norveçli qolçu karyerasında yalnız bir böyük arzuya sahibdir – “Real Madrid”də çıxış etmək.
Haaland “Mançester Siti”dən ayrılacağı təqdirdə başqa heç bir klubun təklifini nəzərdən keçirməyəcək. Onun üçün yeganə real seçim Madrid təmsilçisidir.
Qeyd olunur ki, hazırda Haaland “Mançester Siti”də xoşbəxtdir və klubla müqaviləsini yerinə yetirməyə davam edir. Lakin gələcəkdə “Real Madrid”dən rəsmi addım gələrsə, bu transfer futbolçunun karyerasında xüsusi əhəmiyyət daşıya bilər.



