“Atletiko Madrid” yay transfer pəncərəsi öncəsi hücum xəttində mümkün dəyişikliklərə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi Xulian Alvaresin komandadan ayrılacağı təqdirdə iki futbolçunu əsas namizəd kimi nəzərdən keçirir: Endrik və İqor Tyaqo.
Baş məşqçi Dieqo Simeone Endrikin potensialına xüsusi inanır. Argentinalı mütəxəssis hesab edir ki, gənc braziliyalıya stabil oyun dəqiqələri və aydın rol verməklə onun ən yaxşı keyfiyyətlərini üzə çıxarmaq mümkündür.
Digər namizəd İqor Tyaqo isə Simeonenin baxışında daha fiziki və güclü profil kimi dəyərləndirilir. Onun cərimə meydançasında təsirli oyunu, hava toplarındakı üstünlüyü və qol potensialı “Atletiko”nun hücumuna fərqli dinamika qata bilər.
Qeyd olunur ki, Madrid klubunun hücum planları Ademola Lukmanın transferinin reallaşıb-reallaşmamasından da asılı olacaq. Əgər bu keçid baş tutarsa, “Atletiko”nun Endrik və ya İqor Tyaqo ilə bağlı qərarları yenidən nəzərdən keçirilə bilər.


