Formula 1 əfsanəsi Mixael Şumaxerin 2013-cü ildə Alp dağlarında keçirdiyi ağır qəzadan sonra vəziyyəti barədə məlumatlar illərdir gizli saxlanılır.

Offsideplus.az xəbər verir ki, uzun müddət davam edən qeyri-müəyyənlikdən sonra, idmançının səhhətində müəyyən irəliləyişlərin olduğu və onun artıq məhdud çevrədə olsa da, sosial ünsiyyətə başladığı bildirilir.

Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Ailəsi tərəfindən tətbiq edilən ciddi məxfilik qaydalarına baxmayaraq, Şumaxerin reabilitasiya prosesində yeni bir mərhələyə qədəm qoyduğu qeyd olunur.

57 yaşlı əfsanəvi pilotun artıq əlil arabasında hərəkət etdiyi və ətraf mühitlə ünsiyyətə başladığı qeyd olunur.

Şumaxerin günlərini bəzən Malyorkadakı 30 milyon funt-sterlinq dəyərindəki malikanəsində, bəzən isə Cenevrə gölü sahilindəki 50 milyon funt-sterlinq dəyərində olan iqamətgahında keçirdiyi qeyd edilir.

Təkərli oturacağına yerləşdirilən əfsanəvi pilotun bu nəhəng mülklərin bağlarında gəzdirilərək təmiz hava almasının təmin edildiyi və bu vəziyyətin onun motivasiyası üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.