"Qarabağ" növbəti mövsüm birbaşa Çempionlar Liqasının əsas mərhələsində iştirak edə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə "Football Meets Data" portalı məlumat yayıb.
Ağdam təmsilçisi bunun üçün ilk növbədə Misli Premyer Liqasında çempion olmalıdır.
Onlar hazırda lider "Sabah"dan 4 xal geri qalır.
Sonra isə reytinqdə özündən yüksəkdə olan komandaların çempion olmamağını gözləməlidir.
Hazırda 9 belə komanda var. Onlardan yalnız ikisi çempionatında liderdir.
Bunlar - "Zaltsburq" və Zaqreb "Dinamo"sudur.
"Zaltsburq" Avstriya çempionatında 17 turdan sonra ikinci "Lask"ı 3 xal qabaqlayır.
"Dinamo" isə "Hayduk"un 4 xal önündədir.



