Offsideplus.az "Misli" ilə əməkdaşlığı çərçivəsində rubrika keçirir.

"Ekspert rəyi" adlanan layihədə gündəlik 3 matçı diqqətinizə çatdırırıq. Təqdim etdiyimiz oyunları "Misli" ilə əməkdaşlıq edən mütəxəssislərin təxminlərindən seçirik.

Bu gün xüsusi önəm verdiyimiz proqnozlar aşağıdakılardır:

1. Ekspert - Nurlan Valehoğlu 

Oyun: İspaniya - Niderland

Təxmin - Oyun nəticəsi 1x2 - İspaniya - Əmsal 1,65

UEFA Millətlər Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. İspaniya və Niderland milli komandaları bu dəfə Mestalya stadionunda münasibətlərə aydınlıq gətirəcəklər. İlk oyunda 2:2 hesablı bərabərliyə razılaşan matadorlar cavab oyununu azarkeşləri qarşısında keçirəcəyi üçün şansı yüksəkdir. Məğlubiyyətsizlik seriyası 17 oyuna çatan İspaniyanın qarşılaşmadan qələbə ilə ayrılacağını proqnozlaşdırıram.

2. Ekspert - Fərid Ramazanov

Oyun: İslandiya - Kosovo

Təxmin - Oyun Nəticəsi 1X2 - İslandiya - Əmsal 2,15

"UEFA Millətlər Liqasında B və C liqaları arasında keçid pley-off mərhələsində İslandiya və Kosovo komandaları cavab matçında İslandiyada üz-üzə gələcəklər. Bir neçə gündən öncə qarşılaşan komandaların əsas hədəfi bu pley-offda uğur qazanmaqdır. İslandiya millisi Kosovo ilə oyunlara qədər UEFA Millətlər Liqasında B liqasının 4-cü qrupunda mübarizə aparırdı və orada 7 xal toplayaraq qrup 3-cüsü olmuşdu. Kosovo yığması isə C liqasında 2-ci qrupu 4 qələbə ilə 2-ci yerdə başa vuraraq pley-offa vəsiqə qazandı. Tərəflərin bu duelində meydan amilini nəzərə alaraq İslandiya seçməsinin qalib gəlməsini fikirləşirəm".

3. Eskpert - Tural Dadaşov

Oyun: Almaniya - İtaliya

Təxmin - Hər iki komanda qol vuracaq - Bəli - Əmsal 1,73

"UEFA Millətlər Liqasında 1/4 final mərhələsinin cavab oyununda Almaniya seçmə kollektivi Dortmundda İtaliya millisini qəbul edəcək. Bu komandalar arasında bir neçə gün öncə Milanda keçirilən ilk matçda Almaniyanın 2-1 hesablı səfər qələbəsi qeydə alınıb. Seçmə mərhələdə 6 matçda 14 xal toplayan almanlar qrup qalibi olub. Son 16 matçda məğlub olmayan "Bundestim" bu görüşlərin 11-də qalib gəlib. Qrupda Fransa ilə bərabər 13 xal toplayan italyanlar isə əlavə göstəricilərə görə geri qalaraq 2-ci olub. Seçmə mərhələdə 13 qolla yadda qalan "Mavi eskadra" son 7 matçın hamısında qol vurub. Almaniya isə son 13 görüşdə meydanı qolsuz tərk etməyib. Bu qarşılaşmada da hər iki komandanın fərqlənəcəyini güman edirəm".

Daha çox oyun haqda məlumat əldə etmək üçün bura daxil ola bilərsiniz...