Nüfuzlu italyan jurnalist və insayder Fabrizio Romano 33 yaşlı mərkəz müdafiəçisi Vircil van Deykin Madrid “Real”ına mümkün transferi barədə yayılan xəbərlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, mövsümün sonunda niderlandlı futbolçunun “Liverpul”la müqaviləsi başa çatır.
“Son həftələrdə Van Deyk və “Real” barədə məlumatlar yayılıb. Mən sizə deyim ki, belə bir şey heç vaxt olmayıb. Mən eşitmişəm ki, “Real” heç vaxt Van Deyklə əlaqə saxlamayıb və onun agentləri də “kral klubu” ilə heç bir danışıqlara başlamayıb”, – deyə Romano bildirib.
Qeyd edək ki, cari mövsümdə Van Deyk bütün turnirlərdə 41 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 28 milyon avro təşkil edir.