"Bavariya"nın futbolçusu Alfonso Deyvis uzunmüddətli sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, Kanada yığmasının heyətində olarkən zədələnən 24 yaşlı sol cinah müdafiəçisi 6 ay meydanlardan uzaq qalacaq. Bu barədə "BILD" nəşri məlumat yayıb.

Deyvis ötən aylarda klubuyla yeni müqavilə imzalamışdı. Onun cari mövsümün sonunda başa çatacaq sözləşməsi 2030-cu ilə qədər uzadılıb.