Moskva "Spartak"ının futbolçusu Manfred Uqalde ilə PSJ və "Monako" klubları yaxından maraqlanır.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı kosta-rikalı hücumçu millisinin son 2 oyununda 3 qol vurmağı bacarıb.
Uqalde hazırda Rusiya Premyer Liqasının bombardiridir. O, 21 oyunda 16 dəfə rəqib qapılarına yol tapa bilib.
Transfermarkt portalına görə onun dəyəri 15 milyon avrodur.