"Real" gənc futbolçusu Raul Asensio ilə yeni müqavilə imzalamaq üzrədir.
Offsideplus.az xəbər verir ki, "kral klubu" 21 yaşlı müdafiəçinin sözləşməsinə sərbəstqalma bəndi də qoyacaq. Bu barədə "COPE" portalı məlumat yayıb.
Asensionu transfer etmək istəyən klub 100 milyon avro ödəməli olacaq.
Gənc futbolçu cari mövsümdən etibarən komandanın əsas üzvlərindən birinə çevrilib. O, 30 oyunda meydanda olub və 2 məhsuldar ötürmə edib.