Madrid "Real"ının keçmiş yarımmüdafiəçisi Toni Kroos futbolçu karyerasını bitirmək qərarını necə qəbul etdiyini danışıb.

Offsideplus.az xəbər verir ki, onun üçün bunu qəbul etməyin necə çətin olduğunu vurğulayıb. Bu qərarı uzun müddət düşündüşdən sonra reallaşdırdığın açıqlayıb:

"Bu qərar bir günün içində verilmədi, uzun müddət düşündüm. Komandada vacib rol oynamağı arzulayırdım. İnsanların mənim fiziki durumumdan şübhələnməsini istəmirdim. Ailəmlə, həyat yoldaşımla çoxsaylı söhbətlərdən sonra getmək qərarına gəldim".

Xatırladaq ki, 35 yaşlı Toni Kroos karyerası ərzində Münhen "Bavariya"sında, "Bayer" və Madrid "Real"ında çıxış edib, həmçinin "Hanza" (Rostok) və "Qrayfsvalder" akademiyalarında yetişib. O, ümumilikdə 754 rəsmi oyunda 73 qol vurub və 166 məhsuldar ötürmə edib. Klub səviyyəsində Kroos 33 kubok qazanıb, o cümlədən 6 dəfə Çempionlar Liqasının qalibi olub.

Almaniya millisinin heyətində Kroos 114 oyunda 17 qol vurub, 21 məhsuldar ötürmə edib və 2014-cü ildə dünya çempionu olub.