Basketbolun, tennisin və futbolun ulduz adları Mayamidə görüşüb.
Offsideplus.az xəbər verir ki, NBA-nın altıqat ulduzlar matçının iştirakçısı və Kaliforniyanın "Golden State Warriors" klubunun ulduz hücumçusu, amerikalı Cimmi Batler, dördqat "Böyük Dəbilqə" çempionu, dünyanın üçüncü raketka sahibi, ispan tennisçi Karlos Alkaras və keçmiş "Yuventus" və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba ilə Mayami (Florida, ABŞ) şəhərində görüşüblər. Onlar Poqbanın ad günündə bir araya gəliblər.
Qeyd edək ki, Şimali Amerika Liqasının cari mövsümündə Batler 44 oyunda iştirak edib. O, orta hesabla hər matçda 17,3 xal, 5,6 ribaund və 6,5 asist edir.