FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Ədalət təmsilçisi UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək VI turun Lüksemburq – Şimali İrlandiya oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Peter Bankes və Andrew Madley olacaq.
Qeyd edək ki, noyabrın 18-də Lüksemburq şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.